360 girov götürüldü, sonra gizli razılaşma edildi: Nigeriyada nə baş verir?

360 girov götürüldü, sonra gizli razılaşma edildi: Nigeriyada nə baş verir?
09.09.2026 23:49 Dünya

Nigeriya hökuməti “Boko Haram” terror qruplaşması ilə gizli atəşkəs razılaşması əldə edib.

TodayPress TV xəbər verir ki, “The New Humanitarian”ın məlumatına görə, iyun ayından qüvvədə olan razılaşma çərçivəsində mart ayında Ngoshe kəndindən qaçırılan 360 mülki şəxsin azad edilməsi mümkün olub.

“Boko Haram”la əlaqəli üç mənbə atəşkəsin daha 40 gün uzadılmasının gözlənildiyini bildirib. Razılaşma qüvvəyə mindikdən sonra Ngoshe ətrafındakı yaşayış məntəqələrində hücumların dayandırıldığı qeyd olunur.

Məlumata görə, razılaşma “Boko Haram”ın rəqibi olan ISWAP qruplaşmasına şamil edilmir.

Nigeriya hakimiyyəti isə indiyədək “Boko Haram”la belə bir atəşkəs razılaşmasının əldə edildiyini rəsmi şəkildə təsdiqləməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər