100 illik stansiyada ölümcül qəza - İki işçi həyatını itirdi
İsveçrənin cənubundakı Piotta şəhərində yerləşən “Ritom” su elektrik stansiyasında baş verən partlayış nəticəsində iki işçi aldıqları xəsarətlərdən ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə “RSI” telekanalı polisinin məlumatına istinadən məlumat yayıb.
İlkin məlumatlara əsasən, hadisə baş verən zaman obyektdə iki işçi çalışıb. Partlayış baş verdikdən sonra hər iki işçi ağır xəsarətlər alıb.
Telekanalın məlumatına görə, hadisə 1917-ci ildə tikilmiş və obyektin daha geniş yenidən təşkili layihəsi çərçivəsində hazırda yenidənqurma işləri aparılan elektrik stansiyasında baş verib.
Bildirilir ki, stansiyada yaxın zamanda yeni elektrik avadanlıqları quraşdırılıb. Su elektrik stansiyasının yenidən qurulması bir neçə ay ərzində başa çatdırılmalıdır.
Aysel Mətləb