Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xüsusi karantin rejiminin müddəti uzadıldı
22.09.2025 12:14 Daxili siyasət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara görə, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, sonuncu dəfə xüsusi karantin rejimi 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər