Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər

Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər
12.12.2025 10:45 Daxili siyasət

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

TodayPress TV xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

TodayPress TV

FOTOLAR

Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər — 1
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər — 2
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər — 3
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər — 4
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər — 5
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər — 6
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər — 7
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər — 8
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər — 9
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər