Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanovda salınan yeni parkın açılışında iştirak etdilər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanovda salınan yeni parkın açılışında iştirak etdilər
01.10.2025 14:56 Daxili siyasət

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər.

TodayPress TV xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi.

Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

Qeyd edək ki, son illərdə Bakının siması sürətlə dəyişir. Yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi paytaxtı daha da inkişaf etdirir, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.

Bakının müxtəlif yerlərində açılan yeni istirahət guşələri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin yaxşılaşmasına da xidmət edir.

Yeni park isə paytaxtın "yaşıl xəritəsi”nə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin və qonaqların ixtiyarına verildi.

TodayPress TV

FOTOLAR

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanovda salınan yeni parkın açılışında iştirak etdilər — 1
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanovda salınan yeni parkın açılışında iştirak etdilər — 2
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanovda salınan yeni parkın açılışında iştirak etdilər — 3
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanovda salınan yeni parkın açılışında iştirak etdilər — 4
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanovda salınan yeni parkın açılışında iştirak etdilər — 5
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanovda salınan yeni parkın açılışında iştirak etdilər — 6
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanovda salınan yeni parkın açılışında iştirak etdilər — 7
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanovda salınan yeni parkın açılışında iştirak etdilər — 8
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanovda salınan yeni parkın açılışında iştirak etdilər — 9
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər