Ombudsman Aparatının kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etdilər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər.
Bu barədə TodayPress TV-yə Ombudsman Aparatından məlumat verilib.
Ümummilli Liderin məzarı önünə tər güllər düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.