Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişdi

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişdi
15.12.2025 14:37 Daxili siyasət

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişib.

TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “ Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər