Mikayıl Cabbarov Azərbaycan xalqını təbrik etdi
Bu gün Azərbaycan tarixində dövlət suverenliyimizin tam bərpasını ifadə edən əlamətdar gündür.
TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.
"2023-cü il sentyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu", - deyə o qeyd edib.
Nazir, həmçinin Azərbaycan xalqını təbrik edib:
"Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə sülh və firavanlıq arzulayırıq. Bu tarixi nailiyyət uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik".
Aysel Mətləb