Fəzail Ağamalı: “12 dekabr Azərbaycan xalqı üçün dərin ehtiram günüdür”

Daxili siyasət

12.12.2025 11:25

“12 dekabr Azərbaycan xalqı üçün dərin ehtiram və xatirə günü kimi dəyərləndirilir”.

Bunu TodayPress TV-yə açıqlamasında Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı danışarkən deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın qəhrəman oğlu, ölkəmizi ağır və taleyüklü sınaqlardan çıxaran böyük dövlət xadimi olub:

“Onun müasir Azərbaycanın qurulmasında göstərdiyi tarixi xidmətlər heç zaman unudulmayacaq”.

Fəzail Ağamalı vurğulayıb ki, Heydər Əliyevin siyasi irsi bu gün də ölkənin inkişaf strategiyasının əsasını təşkil edir:

“Heydər Əliyev ideyaları Azərbaycan xalqını daim irəli aparan yol xəritəsidir. Biz bu gün onun düşünülmüş siyasətinin bəhrələrini görürük. Xalqımız Ulu Öndərin ruhu qarşısında daim ehtiramla baş əyir”.

O, Ulu Öndərin xatirəsini dərin hörmətlə yad edərək, Azərbaycan xalqı üçün onun əziz xatirəsini yaşatmağın müqəddəs borc olduğunu qeyd edib.

Qiymət Mahir

TodayPress TV

tag: Fəzail Ağamalı,Sabiq deputat,Ulu Öndər,Heydər Əliyev,Todaypress.tv,