Əziz Əlibəyli: “Azərbaycan xalqı Heydər Əliyevə hər zaman böyük dəyər verir”
Daxili siyasət
12.12.2025 11:39
“Azərbaycan xalqı böyük dövlət xadimi Heydər Əliyevə hər zaman böyük önəm və dəyər verir”.
TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli jurnalistlərə açıqlamasında deyib.
“Bu dəyəri xüsusilə Vətən müharibəsinin nəticələrindən sonra daha dərindən anlayır və dərk edirik. Onun ideyaları və arzuları, müəyyən etdiyi yol müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bu ideyalar Azərbaycan xalqını gələcəyə daha inamla və qətiyyətlə daşımağa xidmət edir. Bu mənada medianın üzərinə də çox böyük məsuliyyət və mühüm vəzifələr düşür. İnformasiyanın çatdırılması təkcə peşə borcu deyil, eyni zamanda ideoloji bir vasitədir”,- deyə departament rəhbəri bildirib.
Qiymət Mahir
tag: Əziz Əlibəyli,Ekspert,Ulu öndər,Heydər Əliyev,Todaypress.tv,
