DVX-nin müvəqqəti saxlama yerinə başçəkmə keçirildi
Daxili siyasət
14.01.2026 11:46
Ombudsman aparatının üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Dövlət Vergi Xidmətinin müvəqqəti saxlama yerinə (MSY) başçəkmə keçirib.
Bu barədə TodayPress TV-yə Ombudsman Aparatından məlumat verilib.
Qeyd edilib ki, başçəkmənin məqsədi müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, həmçinin saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə çərçivəsində müəssisənin saxlama kameralarına, istintaq, tibb, ibadət otağına, mətbəxə, gəzinti yerinə baxış keçirilib, eyni zamanda MSY-də saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib.
Müəssisə rəhbərliyi və əməkdaşlara qanunvericiliyin tələbləri nəzərə alınmaqla saxlanma şəraiti və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilməklə hüquqi-maarifləndirici söhbətlər aparılıb, Ombudsmanın Milli Preventiv Mexanizm mandatı və səlahiyyətləri barədə ətraflı məlumat təqdim edilməklə, 24 saat fəaliyyət göstərən "916" Çağrı Mərkəzi haqqında informasiya əks olunmuş lövhə, bukletlər və digər nəşrlər də təqdim olunub.
tag: DVX,Ombudsman,Başçəkmə,Mərkəz,Todaypress.tv,
