Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdilər

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdilər
12.12.2025 11:08 Daxili siyasət

Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

TodayPress TV xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

TodayPress TV

FOTOLAR

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdilər — 1
Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdilər — 2
Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdilər — 3
Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdilər — 4
Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdilər — 5
XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər