Bəzi müəssisələr ETSN-dən alınıb KTN-ə verildi

Bəzi müəssisələr ETSN-dən alınıb KTN-ə verildi
19.09.2025 13:26 Daxili siyasət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bir sıra müəssisələr Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər