Baş Prokurordan Azərbaycan və Ermənistanla bağlı MÜHÜM AÇIQLAMA

Daxili siyasət

13.01.2026 11:28

Azərbaycanla Ermənistan arasında ABŞ-də imzalanan birgə Bəyannamə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və regional əməkdaşlığın yeni mərhələsinə xidmət edən mühüm siyasi nailiyyətdir.

TodayPress TV xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimi zamanı deyib.

O bildirib ki, avqustun 8-də ABŞ-də Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüş regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından həlledici mərhələ olub:

"Bu görüş Azərbaycanın sülh gündəliyinə sadiqliyini və beynəlxalq müstəvidə prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Görüşün nəticəsi olaraq imzalanan Birgə Bəyannamə və Azərbaycanla Ermənistan arasında "Sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in mətninin paraflanması ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və regional əməkdaşlığın yeni mərhələsinə xidmət edən mühüm siyasi nailiyyətdir".

TodayPress TV

tag: Kamran Əliyev,Baş Prokuror,Tədbir,Çıxış,Todaypress.tv,