Azad olunan ərazilərin bərpası üçün ayrılan ümumi vəsait açıqlandı

Azad olunan ərazilərin bərpası üçün ayrılan ümumi vəsait açıqlandı
09.12.2025 12:32 Daxili siyasət

Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur.

TodayPress TV xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür:

"Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı ildə daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb (2026 - 3,5 mlrd. manat).

Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib ki, iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir. Bunları nəzərə almalıyıq".

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər