Sumqayıtda 45 min abonentin qazı kəsiləcək

Sumqayıtda 45 min abonentin qazı kəsiləcək
02.12.2025 13:46 Cəmiyyət

Sabah Sumqayıt şəhərində 45 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən TodayPress TV-yə verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 3-də saat 10:00-dan etibarən bir sıra abonentlərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bildirilib ki, qoşulma işləri ilə bağlı Şəhər-1 xəttində 30 min abonentin, Şəhər-3 xəttində isə 15 min abonentin qaz verilişi işlər tamamlananadək məhdudlaşdırılacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər