Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyuldu

Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyuldu
07.07.2025 15:56 Cəmiyyət

Şimali Makedoniyanın Poloq regionunda blutanq xəstəliyi qeydə alınıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün Poloq regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər