Sədr: “Sənaye parkları salınarkən müvafiq qaydalar nəzərə alınır”

Sədr: “Sənaye parkları salınarkən müvafiq qaydalar nəzərə alınır”
24.02.2026 11:36 Cəmiyyət

“Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanması prosesi davam edir”.

TodayPress TV xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.  

Onun sözlərinə görə, istənilən sənaye parkı salınarkən müvafiq qaydalar nəzərə alınır. 

O bildirib ki, fevralın 10-da Naxçıvana səfər edilib və sahibkarlarla geniş iclas keçirilib. İclas zamanı Naxçıvanın yerli sahibkarlarına agentliyin fəaliyyəti, onlar üçün yaradılan infrastruktur barədə məlumat verilib, güzəştlərdən bəhs olunub.

“Həmin görüşdən sonra sahibkarlar Naxçıvan Sənaye Parkına böyük diqqət göstərirlər”.   

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər