Restoranlarda servis haqqı ödəməyin - Müştərilərin DİQQƏTİNƏ

Restoranlarda servis haqqı ödəməyin - Müştərilərin DİQQƏTİNƏ
10.06.2026 12:52 Cəmiyyət

Restoranda hesab gələndə menyudakı qiymətdən əlavə “servis haqqı” ilə qarşılaşmaq artıq adi hala çevrilib. Lakin bir çox müştəri bu ödənişin nəyə görə tutulduğunu, məcburi olub-olmadığını və hansı hallarda ondan imtina edə biləcəyini bilmir. Xüsusilə son dövrlər servis haqqının məbləğinin artması narazılıqları da artırıb.

Bəs restoranların servis haqqı tələb etməsinin hüquqi əsası varmı? Müştəri hansı hallarda bu ödənişi etməyə borcludur və nə vaxt ödəməkdən imtina edə bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan hüquqşünas İntiqam Hacıyev bildirib ki, servis haqqının tutulması qanunvericiliyə zidd deyil.


Lakin bunun üçün müştəri əvvəlcədən məlumatlandırılmalıdır. Hüquqşünasın sözlərinə görə, servis haqqı restoranın menyusunda və ya görünən yerdə qeyd edilməli, məbləği açıq şəkildə göstərilməlidir. Bu, mülki hüquqda “oferta” – xidmət şərtlərinin təklifi hesab olunur. Müştərinin həmin şərtlərlə xidmətdən istifadə etməsi isə “aksept”, yəni təklifin qəbulu sayılır.

Onun sözlərinə görə, əgər müştəri servis haqqı barədə əvvəlcədən məlumatlandırılmayıbsa və ya göstərilən xidmət keyfiyyətsiz olubsa, həmin ödənişi etməkdən imtina etmək hüququna malikdir.

Xanım Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər