Razi Nurullayev: “Cəmiyyət hələ də hərbə-zorba insanları sevir”
"Bir çox jurnalist, siyasi partiya nümayəndələri var ki, insanın ictimai-siyasi nüfuzuna zərər vurmaq istəyirlər. Gözləyirlər ki, kiminsə "ayağı büdrəsin" və onu vursunlar".
Milli Məclisin deputatı Razi Nurullayev bu fikirləri TodayPress TV-də yayımlanan “Reaksiya” rubrikasında bildirib.
Onun sözlərinə görə, cəmiyyət hələ də hərbə-zorba insanları sevir.
"Siyasətdə bəzi iyrəncliklər var. Cəmiyyət istəyir ki, siyasət adamları onlara qarşı hərbəli-zorbalı davransın, saatlarla onları qapısında gözlətsin. Hələ ki, cəmiyyətimiz bu cür formalaşır. Ona görə də çalışıram ki, səmimi videolarımı paylaşmayım", - deyə deputat qeyd edib.
Türkan İsgəndərli