Prezidentin vəzifə verdiyi Tural Mailov kimdir? - DOSYE

Prezidentin vəzifə verdiyi Tural Mailov kimdir? - DOSYE
11.06.2026 16:06 Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, yeni sədr müavinləri Tural Mailov və Kamran Əzizovdur.

TodayPress TV xəbər verir ki, Tural Mailov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin İdarə Heyəti sədrinin keçmiş müavinidir.

Tural Mailov 1985-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatının Battle Creek şəhərində başa vurub. Ali təhsilini isə Qərb Universitetində alıb.

Əmək fəaliyyətini müxtəlif sahələrdə davam etdirən Tural Mailov DOST Agentliyində ilk olaraq İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb. Daha sonra 2025-ci ilin mart ayında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun müavini təyin edilib.

2026-cı ilin fevral ayında isə Tural Mailov digər müavin İlkin Məmmədovla birlikdə DOST Agentliyindəki sədr müavini vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Tural Mailov uzun müddət dövlət idarəçiliyi və sosial xidmətlər sahəsində fəaliyyət göstərib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər