"Pakistan ASAN xidmət"ə 15 000-dən çox müraciət daxil oldu - VİDEO
"Pakistan ASAN xidmət" mərkəzinə bu günədək 15 000-dən çox müraciət daxil olub.
TodayPress TV xəbər verir ki, 14 yanvar 2026-cı il tarixində Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib.
Mərkəzdə ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmət həyata keçirilir. Burada “ASAN xidmət” standartları, ASAN könüllülük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir.