Ötən il Azərbaycanda işçi qüvvəsinin sayı 5,3 milyonu ötüb

Cəmiyyət

25.12.2025 16:29

Azərbaycanda əmək bazarında aktiv əhalinin sayı artmaqda davam edir. 

TodayPress TV xəbər verir ki, dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkədə işçi qüvvəsinin sayı 5 milyon 312,1 min nəfər təşkil edib.

Məlumata əsasən, məşğul əhalinin sayı 5 milyon 29,8 min nəfərə çatıb. Onlardan 1 milyon 53,6 min nəfəri dövlət sektorunda, 3 milyon 976,2 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır.

2024-cü ildə işsiz əhalinin sayı 282,3 min nəfər olub. Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında 217 min 228 nəfərə işsiz statusu verilib, onlardan 3 min 963 nəfəri işsizlikdən sığorta ödənişi alıb.

Statistikaya görə, məşğul qadınların sayı 2 milyon 414,1 min nəfər təşkil edir. Muzdla çalışanların ümumi sayı isə 1 milyon 780,3 min nəfərdir. Onlardan 31,8 min nəfəri neft-qaz sektorunda, 1 milyon 748,5 min nəfəri isə qeyri-neft sektorunda fəaliyyət göstərir.

Qiymət Mahir

TodayPress TV

tag: Azərbaycan,İşçi Qüvvəsi,Say,Artım,Todaypress.tv,