Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul etdi

Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul etdi
02.12.2025 10:46 Cəmiyyət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirilib.

Bu barədə TodayPress TV-yə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, qəbul üçün müraciət etmiş şəxslərin hər biri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib. Bir sıra məsələlərlə bağlı yerində zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli məqsədilə müvafiq dövlət qurumlarına müraciətlərin ediləcəyi qeyd olunub.

Qəbul zamanı vətəndaşlara müraciətləri ilə əlaqədar hüquqi məsləhətlər verilib, həmçinin Ombudsmanın 24/7 rejimdə fəaliyyət göstərən "916" Çağrı Mərkəzi, elektron poçt ünvanları, rəsmi sosial şəbəkə hesabları barədə məlumatlar təqdim edilib.

TodayPress TV

FOTOLAR

Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul etdi — 1
Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul etdi — 2
Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul etdi — 3
Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul etdi — 4
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər