NZS qəsəbəsində fevralın 20-dək su olmayacaq

NZS qəsəbəsində fevralın 20-dək su olmayacaq
17.02.2026 23:30 Cəmiyyət

Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında üzərində fərdi yaşayış evi inşa olunduğuna görə diametri 500 mm olan magistral su xəttində qəza baş verib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən TodayPress TV bildirilib ki, qəzanın qarşısını almaq və yeni xəttin çəkilməsini təmin etmək məqsədilə görülən işlər çərçivəsində 20 fevral tarixinədək UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.

Qeyd olunub ki, bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər