Nikah və boşanmaların sayı azaldı

Nikah və boşanmaların sayı azaldı
20.02.2026 17:23 Cəmiyyət

Azərbaycanda nikah və boşanmaların sayı azalıb.

TodayPress TV xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2025-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrində öz əksini tapıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ərzində ölkədə 48 min 546 nikaha daxilolma və 20 min 675 boşanma halları qeydə alınıb.

Həmçinin qeyd olunub ki, 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər