Naxçıvanın yeni səhiyyə nazirinin müavini kollektivə təqdim edildi

Cəmiyyət

01.12.2025 22:30

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov kollektivə təqdim olunub.

TodayPress TV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlardan, xüsusilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib.

Onun sözlərinə görə, səhiyyənin müasir tələblər əsasında inkişafı dövlət proqramında əsas prioritetlərdən biri kimi müəyyən edilsə də, səhiyyə sektorunda nəzərdə tutulan vəzifələrin icrasında gecikmələr və qeyri-dəqiqliklər müşahidə olunub.

Mövcud imkanlardan daha effektiv yararlanaraq, qarşıya qoyulan tapşırıqları operativ və düzgün həyata keçirilməli, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti müasir tələblərə uyğunlaşdırılmalıdır. Baş nazirin birinci müavini bu işlərin icrasında kollektivə uğurlar arzulayıb.

Rəşadət Nabatov göstərilən yüksək etimada görə minnətdarlığını bildirib.

TodayPress TV

tag: Naxçıvan, Səhiyyə, Rəşadət Nabatov, Kollektiv, todaypress.tv,