Naxçıvanda yük və sərnişin daşınması 1 % artdı
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 4 milyon 767 min 500 ton yük, 31 milyon 681 min sərnişin daşınıb.
Bu barədə TodayPress TV-yə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1 %, sərnişin daşınması isə 1,1 % artıb.