Naxçıvan Sənaye Parkının ilkin rezident qeydiyyatı baş tutacaq — RƏSMİ
Cəmiyyət
24.02.2026 11:55
“Bu il Naxçıvan Sənaye Parkının ilkin rezident qeydiyyatının baş tutacağı gözlənilir”.
TodayPress TV xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, 2024-cü ilin sonunda yaradılmış Naxçıvan Sənaye Parkı və 2026-cı ildə təsis edilmiş Qərb Sənaye Parkında da hazırda zəruri infrastrukturun qurulması istiqamətində işlər aparılır.
“Ümumilikdə, yaradılan sənaye infrastrukturu regionlarda sahibkarlığın inkişafına, sənaye potensialının balanslı şəkildə formalaşdırılmasına və iqtisadi aktivliyin genişlənməsinə xidmət edir", - sədr əlavə edib.
Qiymət Mahir
tag: Seymur Adıgözəlov,Sədr,Sənaye parkları,Konfrans,Todaypress.tv,
