Mustafa Aşurova yeni vəzifə verildi
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru vəzifəsinə təyinat olub.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mustafa Aşurov ansambla direktor-baş dirijor təyin edilib.
Qeyd edək ki, Mustafa Aşurov son təyinatadək Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.
M.Maqomayev
Azərbaycan Dövlət Akademik Filarmoniyası
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı
todaypress.tv