Miqrasiya qanunvericiliyinin pozulması üzrə qəbul edilən qərarların sayı açıqlandı

Miqrasiya qanunvericiliyinin pozulması üzrə qəbul edilən qərarların sayı açıqlandı
18.02.2026 04:33 Cəmiyyət

2026-cı ilin yanvarında Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 6040, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 449 müraciət daxil olub.

TodayPress TV  xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Müvafiq dövrdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 838 müraciət daxil olub.

Cari ilin yanvarında miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən ümumilikdə 1962 qərar qəbul edilib.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər