Metopoliten teleaparıcıya söz verdiyi maaşı verməyib?

Cəmiyyət

03.12.2025 10:52

Teleaparıcı Nərmin Salmanova Bakı Metropolitenində fəaliyyətə başladığı  ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə özünün “Facebook” hesabında paylaşım edib.

Onun sözlərinə görə, televiziyadakı fəaliyyətindən ayrılması Metropolitenin təklifi və yeni sahədə çalışmağı sınamaq istəyi ilə bağlı olub. Lakin tərəflər arasında uzun danışıqlardan sonra ilkin razılıq əldə edilsə də, əmək müqaviləsinin imzalanacağı gün onun üçün vacib olan bəzi şərtlər dəyişdirilib.

“Bu səbəbdən əməkdaşlıq baş tutmadı. Metropolitendə işə başlamamla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil,” – deyə aparıcı qeyd edib.

Nərmin Salmanova müəyyən fasilədən sonra peşəkar planlarını dəyərləndirəcəyini bildirib.

Jalə Rövşən

TodayPress TV 

tag: Nərmin Salmanova,Metropoliten,Maaş,Jurnalist,Todaypress.tv,