"Memar Əcəmi" metrostansiyasının 4-cü çıxışı açıldı

"Memar Əcəmi" metrostansiyasının 4-cü çıxışı açıldı
18.02.2026 19:15 Cəmiyyət

"Bakı Metropliteni" QSC Yaşıl xəttinin "Memar Əcəmi" stansiyasının ikinci vestibülünün keçidində aparılan təmir işlərini başa çatdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, müvəqqəti olaraq bağlanan 4-cü çıxış təkrar sərnişinlərin istifadəsinə verilib. Görülən işlər çərçivəsində keçid hissəsi yenilənib, infrastruktur daha təhlükəsiz və funksional hala gətirilib, sərnişin axınının rahat tənzimlənməsi üçün şərait yaxşılaşdırılıb.

Təmir işlərinə bu il yanvarın 6-da başlanılmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər