Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq
10.09.2025 20:10 Cəmiyyət

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

TodayPress TV Agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, sentyabrın 11-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi sentyabrın 14-ü gündüz saatlarına qədər davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün  2-3 metr, sonrakı inkişafda 3-5 metrə çatacağı proqnozlaşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər