İrsi sferositozlu uşaq üzərində UĞURLU ƏMƏLİYYAT
Cəmiyyət
23.02.2026 11:05
12.02.2026-cı il tarixində 2014-cü il təvəllüdlü şəxs (kişi) qarında intensiv ağrı, ümumi halsızlıq, zəiflik və fiziki aktivliyin məhdudlaşması şikayətləri ilə Kliniki Tibbi Mərkəzə müraciət edib.
Bu barədə TodayPress TV-yə KTM-dən məlumat verilib.
Aparılan klinik, laborator və radioloji müayinələr nəticəsində pasiyentə İrsi sferositoz (Minkovski–Şoffar anemiyası) və kalkulyoz xolesistit (öd kisəsinin daşlı iltihabı) diaqnozları təyin olunub.
Mövcud vəziyyət nəzərə alınaraq cərrahi müdaxiləyə qərar verilib.
Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev, uşaq cərrahı Nigar Babayeva və rezident Elnarə Qurbanovanın iştirakı ilə pasiyent üzərində laparotomiya, splenektomiya, xolesistektomiya, qarın boşluğunun sanasiyası və drenajı əməliyyatı uğurla icra olunub. Əməliyyat zamanı öd kisəsi daxili daşlarla birlikdə rezeksiyaya olunub, qarın boşluğu patoloji möhtəviyyatdan təmizlənib və postoperativ nəzarətin təmin olunması məqsədilə drenajlar yerləşdi.
tag: KTM,Əməliyyat,uşaq ,İrsi sferositoz,Todaypress.tv,
