İlham İsmayıl xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə ekspertin bacısı Bəsti İsmayıl özünün "Facebook" hesabında paylaşım edib.
İ.İsmayıl daxili qanaxma diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.
O, qeyd edib ki, qardaşı Reanimasiya şöbəsində müalicə alır.
(Qafqazinfo)