"Avant Group" gecə düşən kimi drelini işə salır - sakinlərə yuxunu haram edir

"Avant Group" gecə düşən kimi drelini işə salır - sakinlərə yuxunu haram edir
11.06.2026 13:58 Cəmiyyət

Tikinti və daşınmaz əmlak şirkəti olan “Avant Group”un fəaliyyəti ilə bağlı şikayətlər yaranıb.

TodayPress TV xəbər verir ki, iddialara görə, şirkət gecə saat 03:00 radələrində də tikinti işlərini davam etdirərək ətraf ərazidə yaşayan sakinlərin istirahət hüququnu pozur. 

Vətəndaşlar bildirirlər ki, gecə saatlarında aparılan işlər güclü səs-küy yaratdığından insanların normal şəkildə yatmasına imkan vermir.

Şikayətçilərin sözlərinə görə, tikinti işlərinin daha sakit və qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilməsi mümkündür. Lakin onlar hesab edirlər ki, şirkət həm sakinlərin rahatlığını, həm də mövcud qaydaları nəzərə almır.

Qeyd olunur ki, bu, “Avant Group”la bağlı ilk narazılıq deyil. Sakinlər aidiyyəti qurumları məsələyə müdaxilə etməyə və gecə saatlarında aparılan tikinti işlərinə nəzarəti gücləndirməyə çağırırlar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər