Əməkdar artist "Azərişıq"a qəzəbləndi: “Vətəndaş niyə qurban olmalıdır?!”

Əməkdar artist "Azərişıq"a qəzəbləndi: “Vətəndaş niyə qurban olmalıdır?!”
01.12.2025 17:38 Cəmiyyət

Əməkdar artist Nicat Kazımov sosial şəbəkədə “Azərişıq”la bağlı yaşadığı problemdən narazılıq edib. 

TodayPress TV xəbər verir ki, o, ödəniş etdiyi halda borclu kimi göstərilməsi və bunun həllinə sərf etdiyi vaxtın boşa getdiyini bildirib.  

Nicat Kazımov qeyd edib ki, 21 noyabr tarixində “Birbank” vasitəsilə “Azərişıq”a 20 manat borc ödənişi edib. Lakin dörd gün sonra ona borcu ödəmədiyi halda işığın kəsiləcəyi barədə xəbərdarlıq göndərilib. Məsələni dəqiqləşdirmək üçün 29 manatlıq kontur xərclədiyini deyən sənətçi müştəri xidmətlərinin cavab vermək tərzindən də şikayət edib.  

"Bu gün “Azərişıq” tərəfindən geri zəng edib dedilər ki, Kapital Banka müraciət edim. İki saatımı da bankda keçirdikdən sonra ödəniş sistemdə uğurlu şəkildə icra olunub. Qurumun sistemində problem varsa və ya əməkdaşlar işlərini düzgün icra etmirsə, vətəndaş niyə sistem xətasının qurbanı olmalıdır?”, - deyə o vurğulayıb.    

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər