Dövlət Məşğulluq Agentliyi son zamanlar yayılan görüntülərlə bağlı açıqlama yaydı

Dövlət Məşğulluq Agentliyi son zamanlar yayılan görüntülərlə bağlı açıqlama yaydı
07.07.2025 17:37 Cəmiyyət

"Son vaxtlar bəzi sosial şəbəkə hesablarında, həmçinin özünü media orqanı kimi təqdim edən bir neçə səhifədə Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramını ləkələmək, yalan məlumatlar paylaşmaqla izləyicilərini aldatmaq, bununla da oxucu qazanmaq cəhdləri müşahidə olunur."

TodayPress TV xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında deyilir:

"Proqram çərçivəsində vətəndaşlara guya xəstə, arıq heyvanlar təqdim edildiyinə dair paylaşılan məlumatlar həqiqəti əks etdirmir, Dövlət Məşğulluq Agentliyinin icra etdiyi layihəyə aidiyyəti yoxdur. Yayılan görüntülər xarici ölkələrdə çəkilib, biri Rusiya, digəri isə Afrika ölkələrindən birində sosial şəbəkələrdə yayılıb. Bunu internetdə sadə axtarış etməklə də müəyyən etmək mümkündür.

Təəssüflə qeyd edirik ki, bəzi sosial şəbəkə istifadəçiləri saxta, həqiqətə uyğun olmayan məlumatları məqsədli şəkildə paylaşdıqdan sonra, özünü media orqanı elan edən səhifələr də qurumun mövqeyini öyrənmədən, dəqiqləşdirmədən bunları paylaşır, bununla da dövlətin mühüm aktiv məşğulluq proqramının icrasına kölgə salır.

Bir daha qeyd edək ki, özünməşğulluq proqramına cəlb olunan vətəndaşlara heyvanlar təqdim olunmazdan əvvəl mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir, heyvanların kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olması ilə bağlı akt tərtib olunur. Paylanma zamanı isə vətəndaşa kənd təsərrüfatı aktivlərini seçmək üçün şərait yaradılır. Öz razılığı ilə seçdikdən sonra, məmnunluğunu bildirən videogörüntüsü çəkilir, imzası ilə heyvanların keyfiyyətindən razılığını təsdiq edir. Bütün bu materiallar adlı siyahı şəklində DMA-nın rəsmi saytında müvafiq bölmədə yerləşdirilir."

FOTOLAR

Dövlət Məşğulluq Agentliyi son zamanlar yayılan görüntülərlə bağlı açıqlama yaydı — 1
Dövlət Məşğulluq Agentliyi son zamanlar yayılan görüntülərlə bağlı açıqlama yaydı — 2
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər