Buzovnada işıq olmayacaq

Buzovnada işıq olmayacaq
18.02.2026 13:04 Cəmiyyət

Bakı şəhərinin Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə TodayPress TV-yə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər