Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ
Nazirlər Kabineti kənd təsərrüfatına dəstək məqsədilə iki yeni qərar qəbul edib.
TodayPress TV xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarlara əsasən, aşağıdakıların idxalı və satışı ƏDV-dən azad edilib:
● Toxum yetişdirilməsi, quşçuluq və arıçılıq avadanlıqları (laboratoriya avadanlıqları daxil);
● Toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün maşınlar;
● Heyvan və quşların müalicə, profilaktika və diaqnostikası üçün baytarlıq preparatları.