Bu gün Beynəlxalq Ana Dili günüdür

Cəmiyyət

21.02.2026 10:40

21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd edilir.

TodayPress TV xəbər verir ki, bu günün tarixi UNESCO tərəfindən 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə həmin günü Beynəlxalq Ana Dili Günü elan etməsi ilə başlayıb.

UNESCO-nun baş konfransında 21 fevral – Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrin həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirməsi tövsiyə olunub.

Qeyd edək ki, hazırda dünyada təxminən 8 324 dil mövcuddur. Bunların çoxu yerli və azsaylı cəmiyyətlərə məxsusdur. UNESCO-nun hesablamalarına görə təxminən 2 400–2 700 dil artıq "təhlükədə" (endangered) kimi təsnif edilir və onların gələcəyi qeyri-müəyyəndir. 1950-dən bu yana isə təxminən 400-dən çox dil artıq tamamilə yoxa çıxıb (heç bir danışanı qalmayıb).

TodayPress TV

tag: Ana dili,UNESCO,Beynəlxalq,Məktəb,Todaypress.tv,