Bu ərazidə qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 25.02.2026-cı il saat 10:00-dan etibarən M.Hadi küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.