Birinci Qarabağ savaşının qəhrəman şəhidi Asim Abdullayev - FOTO

Birinci Qarabağ savaşının qəhrəman şəhidi Asim Abdullayev - FOTO
10.06.2026 14:56 Cəmiyyət

Şəhidlik ən ali, müqəddəs məqam, ən yüksək zirvədir. Şəhidlər Vətənin, xalqın yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu zirvəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu bilməyən cəsarətli insanlar yüksələ bilərlər…

TodayPress TV xəbər verir ki, belə şəhidlərdən biri də Birinci Qarabağ savaşında qəhrəmanlıqlar göstərən Azərbaycan Ordusunun Baş çavuşu Asim Qasım oğlu Abdullayevdir.

Asim Abdullayev 1975-ci il yanvarın 2-də Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub. O, 1993-cü ilin yanvar ayında hərbi xidmətə çağırılıb və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında qumbaraatan əsgər kimi xidmətə başlayıb. Hərbi xidməti Birinci Qarabağ müharibəsinin ən gərgin dövrünə təsadüf edən Asim Abdullayev qısa müddətdə cəsarəti və döyüş bacarığı ilə seçilib.

Murovdağ və Tərtər istiqamətlərində gedən döyüşlərdə iştirak edən Asim Abdullayev göstərdiyi şücaətə görə Baş çavuş rütbəsinə yüksəlib. 1995-ci ildə könüllü olaraq kəşfiyyat bölüyünə qoşulan igid döyüşçü Ağdam rayonunun Əhmədağalı kəndi istiqamətində xidmət edib. Döyüş tapşırıqlarını uğurla yerinə yetirən kəşfiyyatçı bir neçə düşmən kəşfiyyatçısının zərərsizləşdirilməsində və əsir götürülməsində iştirak edib.

Asim Abdullayev 1996-cı il yanvarın 20-də növbəti döyüş tapşırığını uğurla yerinə yetirdikdən sonra geri qayıdan zaman hərbçi yoldaşlarından biri minaya düşüb. Döyüş yoldaşını xilas etməyə çalışan Baş çavuş ağır qəlpə yarası alaraq şəhidlik zirvəsinə yüksəlib…

Vətənə sədaqəti, döyüş meydanındakı igidliyi və fədakarlığı ilə yadda qalan Asim Abdullayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızdan biridir.

Şəhidin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

TodayPress TV

FOTOLAR

Birinci Qarabağ savaşının qəhrəman şəhidi Asim Abdullayev - FOTO — 1
Birinci Qarabağ savaşının qəhrəman şəhidi Asim Abdullayev - FOTO — 2
Birinci Qarabağ savaşının qəhrəman şəhidi Asim Abdullayev - FOTO — 3
Birinci Qarabağ savaşının qəhrəman şəhidi Asim Abdullayev - FOTO — 4
Birinci Qarabağ savaşının qəhrəman şəhidi Asim Abdullayev - FOTO — 5
XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər