Bir iynənin qiyməti 1200 manatdır… - Camala yardım edək – VİDEO
Cəmiyyət
21.02.2026 12:13
9 yaşlı Camalın yardımsevər insanların dəstəyinə ehtiyacı var.
Bu barədə onun valideynləri TodayPress TV-yə məlumat veriblər.
Yevlax rayonunda yaşayan Yusifovlar ailəsi övladlarının doğuşdan serebral iflic xəstəsi olduğunu bildiriblər.
Camalın anası Pəri Yusifovanın sözlərinə görə, oğlunun müalicəsi üçün ailə hər dəfə rayondan Bakıya gəlməli olur.
Ana onu da bildirib ki, oğlu nə otura bilir, nə yeriyir, nə də danışır.
Uşaq nevroloqu doktor Ülkər Mürsəlova Camalın xəstəliyindən TodayPress TV-yə danışarkən bildirib ki, Camal hazırda mütəmadi olaraq müxtəlif müalicələr almalıdır.
Camalın valideynləri bildirirlər ki, övladlarının qıcolmalarının qarşısının alınması üçün həkim məsləhəti ilə ona botoks iynələri təyin edilib. Bir iynənin qiyməti 1200 manatdır. Ailənin isə bu iynələri almağa maddi imkanı yoxdur.
Ümid edirik ki, imkanlı şəxslər, dövlət qurumları, xüsusilə də Səhiyyə Nazirliyi körpə Camalın ailəsinin səsinə səs verəcək. Onun xəstəliyinin müalicəsi üçün lazım olan prosesdurların həyata keçirilməsinə dəstək göstərəcəklər.
Vüsalə Nəciyeva
tag: 9 yaşlı,Camal,Dəstək,Müalicə,Todaypress.tv,
