Bakının bəzi ərazilərində işıq olmayacaq

Bakının bəzi ərazilərində işıq olmayacaq
03.12.2025 09:32 Cəmiyyət

3 dekabr Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə TodayPress TV-yə "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq "Binəqədi-1" və "Binəqədi-2" hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafında yerləşən yeni yaşayış massivləri, 1-ci, 2-ci mədən adlanan yaşayış ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər