Bakı Limanı yenidən dövlət qeydiyyatından keçdi

Bakı Limanı yenidən dövlət qeydiyyatından keçdi
07.07.2025 10:48 Cəmiyyət

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-ni 20 min manat nizamnamə kapitalı ilə yenidən dövlət qeydiyyatına alıb.

TodayPress TV bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bu şirkət "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyinə verilmiş, 15 990 manat nizamnamə kapitalına malik "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin hüquqi varisidir. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 140, qanuni təmsilçisi isə əvvəlcədən deyildiyi kimi Eldar Adil oğlu Salahovdur.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər