Bakı Biznes Universitetində dövlət satınalmaları mövzusunda açıq dərs keçirildi
Cəmiyyət
25.12.2025 14:45
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə tələbələrin dövlət satınalmaları sahəsində biliklərinin artırılması məqsədilə növbəti açıq dərs keçirilib.
TodayPress TV xəbər verir ki, açıq dərs çərçivəsində Agentliyin Aparat rəhbərinin müavini Orxan Məmmədov dövlət satınalmalarının mahiyyətini, əhəmiyyətini və Agentliyin dövlət satınalmalarına nəzarət funksiyasını əhatə edən təqdimatla çıxış edib.
Təqdimat zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda istifadə olunan əsas anlayışlar izah olunub, satınalma proseslərinin planlaşdırılması, təşkili və metodları barədə ətraflı məlumat verilib. Bundan əlavə, dövlət satınalmalarına nəzarətin xüsusiyyətləri və Agentliyin bu sahədə həyata keçirdiyi tənzimləmə funksiyasının mahiyyətinə dair izahlar da verilib.
Tədbir zamanı tələbələri maraqlandıran suallar real və praktiki nümunələr əsasında cavablandırılıb.
tag: Antiintihar,İstehlak Bazarı,Nəzarət,Dövlət Xidməti,Todaypress.tv,
