Azovda həlak olan gəmi kapitanı dəfn olundu
Azov dənizində PUA hücumu nəticəsində ölən gəmi kapitanı Rəcəb Əhədov dəfn olunub.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, Rəcəb Əhədovun nəşi doğulduğu Neftçala rayonuna gətirilib. Onunla vida mərasimində gəmi kapitanının ailə üzvləri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Rəcəb Əhədov rayonun Yenikənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Neftçala şəhər sakini, 1976-cı il təvəllüdlü Rəcəb Firudin oğlu Əhədov uzun zamandır gəmi kapitanı kimi çalışıb.