Azad edilmiş ərazilərdə daha 60 mina, 130 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 60 mina, 130 PHS aşkarlanıb
16.02.2026 14:47 Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (09.02.2026-15.02.2026) məlumat açıqlanıb.

TodayPress TV Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 53 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 130 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 385 hektar ərazi mina və PHS-lərdən təmizlənib.



XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər